İQTİSADİYYAT


SOCAR bu il Ceyhan limanından 15,5 milyon ton neft ixrac edib

A+ A

Bakı, 3 dekabr, AZƏRTAC

SOCAR bu ilin noyabr ayında Novorossiysk limanından 159 min 712 ton, Supsa limanından 91 min 616 ton, Ceyhan limanından isə 1 milyon 501 min 807 ton xam neft ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 137 min 953 ton, Supsa limanından 2 milyon 212 min 888 ton, Ceyhan limanından 15 milyon 494 min 20 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.