İQTİSADİYYAT


SOCAR-da “İOSH Təhlükəsiz İdarəetmə Sistemi” beynəlxalq kursunun tədrisinə başlanılıb

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC 

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) kadr hazırlığının təşkili mərkəzində SOCAR-ın idarələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə məsul mütəxəssislər üçün “İOSH Təhlükəsiz İdarəetmə Sistemi” beynəlxalq kursunun tədrisinə başlanılıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin idarələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə dünyada nüfuzlu beynəlxalq təşkilat hesab olunan İOSH-a (Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlıq İnstitutu) üzvlük istiqamətində işlər davam etdirilib. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi “Təhlükəsiz idarəetmə” üzrə təlim lisenziyasını qazanıb.

Kursun təşkili iş yerlərində risklərin azaldılmasına, işlərin təhlükəsiz idarə olunmasına, qəza araşdırmalarının aparılmasına, iş şəraitində təhlükələrin müəyyən edilməsinə və düzəlişlərin həyata keçirilməsinə şərait yaradacaq.

Sonda imtahanlarda müvəffəqiyyət qazananlara İOSH-un “Təhlükəsiz idarəetmə” dinləyici sertifikatı təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.