İQTİSADİYYAT


SOCAR-da “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiya” layihəsinin tətbiqi davam etdirilir

Bakı, 13 iyun, AZƏRTAC 

SOCAR-da “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiya” layihəsinin tətbiqi davam etdirilir.

Şirkətin mətbuat xidmətində AZƏRTAC-a bildirilib ki, layihənin tərkib hissəsi olan “Səriştəliliklərin idarə edilməsi” prosesi çərçivəsində, pilot zona olaraq seçilmiş “Azneft” İstehsalat Birliyinin idarəetmə aparatı, “28 May” və Ə.Əmirov adına neft və qazçıxarma idarələrində (NQÇİ) çalışan 29 nəfər əsas istifadəçiyə 1 ay müddətində İnsan Resursları Departamentinin əməkdaşları tərəfindən “SAP HCM” modulu üzrə biznes və sistem təlimləri başa çatdırılıb.

İyunun 8-dən etibarən layihə qrupu üzvləri və əsas istifadəçilər arasından seçilmiş təlimçilər tərəfindən, pilot zonanın əhatə etdiyi təşkilatlarda, həmçinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində, eləcə də İnsan Resursları Departamentində sistemlə birbaşa işləyəcək xətti rəhbərlər üçün təlimlərin keçirilməsinə start verilib. Ümumilikdə 215 nəfəri əhatə edəcək təlimlərdə insan resurslarının idarə edilməsinin müasir konsepsiyaları, layihənin müxtəlif fazaları, proseslərin “SAP HCM” sistemi və İnsan Resursları portalı haqqında nəzəri və praktiki biliklərlə bağlı məlumatlar işçilərə çatdırılacaq.

Buna paralel olaraq pilot zona üzrə bütün işçilərin maarifləndirilməsi məqsədilə interaktiv elektron təlim proqramının həyata keçirilməsi planlaşdırılıb. İşçilər elektron təlim proqramı bitdikdən sonra hazırlanmış videoçarxlar vasitəsilə tanış olacaq və praktiki olaraq sistemdən istifadə etmə imkanı əldə edəcəklər.

Təlimlərin iyunun 22-də başa çatdırılması nəzərdə tutulub. Pilot zona üzrə müəssisə və təşkilatlarda tətbiq olunan proseslər qısa müddət ərzində SOCAR-ın bütün işçilərini əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.