İQTİSADİYYAT


SOCAR-da “Neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirləri” mövzusunda təlim kursu təşkil edilib

Bakı, 26 may, AZƏRTAC 

Mayın 24-26-da SOCAR-ın təşkilatçılığı ilə “Neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirləri” mövzusunda təlim kursu keçirilib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə SOCAR-ın rəhbər işçiləri və mütəxəssisləri iştirak ediblər. Təlim kursu dünyada neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirlərinin həyata keçirilməsində təcrübəyə malik olan Böyük Britaniyanın “Oil Spill Response Limited” (OSRL) şirkətinin ekspertləri tərəfindən keçirilib.

Kursda “OSRL” şirkətinin mütəxəssisləri tərəfindən neft dağılmalarına qarşı cavab tədbirləri strategiyaları, fövqəladə planlaşdırma, dənizdə neft dağılmalarının hərəkətinin modelləşdirilməsi, ekoloji və iqtisadi təsirlər, dağılmalar zamanı vəhşi təbiətin qorunması və sair mövzular üzrə təqdimatlar olub. Kursda Fövqəladə Hallar Nazirliyinin, “Ekol Mühəndis Xidmətləri” QSC-nin və “BP Azərbaycan” neft şirkətinin mütəxəssisləri iştirak ediblər.

Tədbirdə “OSRL” şirkətinin mütəxəssislər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.