İQTİSADİYYAT
SOCAR-da Rusiya Neft və Qaz Universitetinin tələbələri ilə görüş keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
İ.M.Qubkin adına Rusiya Neft və Qaz Universitetinin magistr tələbələrinin Bakıda olan nümayəndələri həmin universitetin neft və qaz yataqlarının işlənməsi fakültəsinin məzunu olmuş, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovla görüşüblər.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə neft-qaz hasilatı, geologiya, mexanika, neft-qaz kimyası sahəsində təhsil alan magistratura tələbələri ilə akademik təhsilin cari şərtləri barədə fikir mübadiləsi aparılıb. Y.Lətifov Rusiya Neft və Qaz Universitetinin Tələbə Elmi Cəmiyyətinin hazırki vəziyyəti, tələbələrin Neftçi Mühəndislərin Beynəlxalq Cəmiyyətinin fəaliyyətində iştirakı ilə də maraqlanıb.
Rusiya Neft və Qaz Universitetinin magistr tələbələri, habelə onları müşayiət edən Bakı Ali Neft Məktəbinin tələbələri Fəhmin Hüsüzadə və Riyad Muradov Rusiyada keçiriləcək müvafiq tədbirlərdə birgə iştirakları haqqında planlarından danışıblar.