İQTİSADİYYAT
SOCAR-da Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü qeyd edilib
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də SOCAR-ın Ekologiya İdarəsinin təşkilatçılığı ilə “Eko-park Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyində Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin şagirdləri, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri və idarənin əməkdaşları iştirak ediblər. Təhlükəsizlik təlimatı ilə tanışlıqdan sonra məktəblilər “Sağlam ətraf mühit naminə” mövzusunda təqdimatla çıxış ediblər. Tədbir ekoloji yönümlü şeir və mahnılar, “Sağlam ətraf mühit naminə” adlı rəsm sərgisi ilə davam etdirilib. Sonra Eko-parka ekskursiya təşkil olunub.
Qeyd edək ki, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında 5 iyun Ümumdünya Ətraf Mühit Günü elan edilib. Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]