ELM VƏ TƏHSİL
SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlayıb
Bakı, 25 fevral, AZƏRTAC
SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlayıb.
AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, müsabiqə 2016-2017-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycandakı ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 2-ci, 3-cü və 4-cü kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. Proqrama müraciət etmək istəyən tələbələr şərtlər (scr.az/shert) və suallar (scr.az/suallar) bölməsi ilə tanış olduqdan sonra ərizə-anket (scr.az/erize-anket) formasını dolduraraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün son tarix martın 7-sidir.
Qeyd edək ki, 2005-ci ildən hər il keçirilən bu proqram ölkənin insan kapitalını gücləndirmək və gənc nəslin səriştəsini artırmaqla Azərbaycanın davamlı inkişafına töhfə verir. On iki il ərzində 2 minə yaxın gənc SOCAR təqaüdünü qazanıb. SOCAR təqaüdü hazırda illik 1000 AZN təşkil edir. Təqaüd qaliblərinin müsabiqədənkənar işə qəbul olunmaq, mənzil almaq və digər sosial güzəştlər imkanı əldə edirlər.