İQTİSADİYYAT


SOCAR-ın İzmirdə tikdiyi “Petlim” konteyner limanının inşasının 80 faizi tamamlanıb

A+ A

İzmir, 7 sentyabr, Nihad Budaqov, AZƏRTAC

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda inşa etdiyi “Petlim” konteyner limanının tikintisi çərçivəsində iki mərhələ üzrə ümumi işlərin 80 faizi tamamlanıb. Limanın birinci mərhələsi artıq tamamlanıb və işə salınması üçün son gömrük sənədləşməsi prosesi gedir.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 7-də İzmirdə azərbaycanlı jurnalistlər ilə keçirilən görüşdə "Petlim" konteyner limanı layihəsinin baş direktoru Doğan Çırakoğlu məlumat verib. O bildirib ki, limanın iki mərhələsi üzrə ümumilikdə gəmilərin yan alması üçün 736 metr uzunluğunda sahil xətti olacaq. "Petlim"də həmçinin "Star" neft emalı zavodu üçün də liman var. Bu liman indiyədək "Star"ın inşası çərçivəsində 11 gəmi qəbul edib və 1300 ton ağırlığında avadanlıq və texnika qəbul edib.

Qeyd edək ki, ilkin mərhələdə ötürücülük qabiliyyəti 1,5 milyon TEU olan “Petlim” hazırda Türkiyənin üçüncü, Egey dənizinin ilk böyük limanıdır.

Xatırladaq ki, SOCAR Türkiyədəki ən böyük aktivi və səhmlərinin təxminən 58 faizi Dövlət Neft Şirkətinə məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i ilk 28 il müddətində “APM Terminals” şirkəti idarə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.