İQTİSADİYYAT
SOCAR-ın Kompleks Qazma İşləri Tresti yeni quyular qazır
Bakı, 11 avqust, AZƏRTAC
SOCAR-ın Kompleks Qazma İşləri Tresti “Pirallahı-dəniz”, “Səadan” və “Darvin bankası” yataqlarında yeni quyuların qazılmasına başlayıb.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə “Pirallahı-dəniz” yatağında 1150 nömrəli meydançadan qirməki altı lay dəstəsinə qazılan 1155 nömrəli quyunun layihə dərinliyi 770 metr, “Darvin bankası” yatağında 720 nömrəli meydançadan qirməki altı lay dəstəsinə qazılan 767 nömrəli quyunun layihə dərinliyi isə 1490 metrdir. Bundan başqa, “Siyəzənneft” NQÇİ-nin sifarişi ilə “Səadan” yatağında 1796 nömrəli quyuda da qazma işlərinə start verilib. Qovundağ Maykop lay dəstəsinə qazılan həmin quyunun layihə dərinliyi 1300 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]