İQTİSADİYYAT


SOCAR-ın Qobustan Regional Təlim Mərkəzinə sənəd qəbulu başlayıb

Bakı, 11 iyun, AZƏRTAC

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinə sənəd qəbulu başlayıb.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul üzrə müvafiq komissiya tərəfindən 2017-2018-ci tədris ili üçün avtomobil təmiri çilingəri, əl ilə qaynaqda elektrik qaynaqçısı, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, neft və qaz hasilatı üzrə operator, polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı, qazpaylayıcı stansiyanın operatoru, qazla kəsən, təmirçi-çilingər, tornaçı-frezerçi peşələri üzrə sənəd qəbulu elan edilib.

Müsabiqədə yaşı 29-dan yuxarı olmayan, respublika üzrə hər hansı yerdə qeydiyyatı olan Azərbaycan Respublikası vətəndaşları, eləcə də hərbi mükəlləfiyyətli (oğlanlar üçün), tam orta təhsilli gənclər iştirak edə bilərlər. Sənəd qəbulu elektron formada həyata keçirilir. Müraciət etmək istəyən şəxslər www.socar.az saytının “Karyera” bölməsinin “Təlim Mərkəzinə sənəd qəbulu” alt-bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər bu il iyunun 19-dək qəbul ediləcək. Qəbulla bağlı sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanına yazılı müraciət göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.