İQTİSADİYYAT


SOCAR-ın Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulu üzrə test imtahanları keçirilir

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 19-da SOCAR-ın İnsan Resursları Departamentində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) şagird qəbulu üzrə müsabiqənin 3-cü turu çərçivəsində test imtahanlarına başlanılıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, STTM-ə aparatçı və nasos qurğusu maşinisti ixtisasları üzrə şagird qəbulu müsabiqəsi iyunun 22-də başlanılıb, müraciət etmiş 554 iddiaçıdan 466 nəfəri müsabiqənin ikinci mərhələsinə buraxılıb, onlardan 315 nəfəri isə test imtahanında iştirak etmək hüququ qazanıb. Müsabiqə nəticəsində mərkəzdə təhsil almaq hüququ əldə edəcək namizədlərin 1 il ərzində müvafiq peşə üzrə nəzəri və praktiki biliklərə yiyələnməsi planlaşdırılır. 2016-2017-ci tədris ili üçün STTM-ə 25 nəfərin qəbul edilməsi nəzərdə tutulub. Test imtahanları iyulun 20-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.