İQTİSADİYYAT
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində qaynaqçıların attestasiyası keçirilir
Bakı, 11 aprel, AZƏRTAC
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) TSEN ISO/IEC17024 “Personal sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar” standartının tələb və şərtlərinə uyğun quraraq TS EN ISO/9606-1 “Qaynaqçı bacarıq sınağı” beynəlxalq standartına əsasən şirkətin bütün struktur bölmələrində, eləcə də digər müəssissə və təşkilatlardan daxil olan sifarişlərə əsasən 6 müxtəlif qaynaq metodu üzrə qaynaqçıların attestasiyasını keçirir.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin ilk rübü ərzində 345 nəfər qaynaqçının attestasiyası və peşə sınağı həyata keçirilib. İllik plan-qrafikə uyğun olaraq Heydər Əliyev adına Neft Emalı Zavodu və “Azəriqaz” İB-nin qaynaqçılarından əlavə “Azneft” İB-nin 186 nəfər qaynaqçısının da növbədənkənar attestasiyası keçirilib və yekun protokollar tərtib edilib. Qaynaqçıların sertifikatlaşdırma işləri davam etdirilir.
Təlimin sonunda qaynaqçılara TTSİ tərəfindən “SOCAR” və ya beynəlxalq “TÜRKAK” loqolu sertifikatlar verilir.