İQTİSADİYYAT


SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr bu ölkənin iqtisadiyyatı üçün mühüm önəm daşıyır

A+ A

Bakı, 22 iyul, AZƏRTAC 

SOCAR Türkiyədə ən iri investorlardan biridir və şirkətin həyata keçirdiyi layihələrin bu ölkənin iqtisadiyyatı üçün mühüm önəm daşıyır.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə SOCAR-ın sərmayələr idarəsinin rəisi, “SOCAR Turkey Energy”nin idarə heyətinin sədri Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüşündə danışılıb. Görüşdə SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr müzakirə olunub, investisiya layihələrinin qrafikə uyğun şəkildə həyata keçirildiyi vurğulanıb.

Qeyd edilib ki, Türkiyənin ictimai-siyasi həyatında baş verən son hadisələr SOCAR-ın layihələri üzrə işlərin gedişinə mane olmayıb və bütün layihələr əvvəlcədən planlaşdırıldığı kimi, normal qaydada həyata keçirilir.

Bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qeyd etdiyi kimi, SOCAR Türkiyədə 40 min nəfərlik bir ailəni təmsil edir və qardaş ölkəni öz doğma evi hesab edir. Türkiyə iqtisadiyyatına investisiyaların indiyədək olduğu kimi bundan sonra da davam edəcəyi, daha da yüksələcəyi vurğulanıb.

Türkiyənin iqtisadiyyat naziri N.Zeybekçi SOCAR-ın Türkiyədə ən iri investorlardan biri olduğunu vurğulayıb, şirkətin həyata keçirdiyi layihələrin bu ölkənin iqtisadiyyatı üçün mühüm önəm daşıdığını bildirib. O, SOCAR-ın Türkiyədəki fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.