İQTİSADİYYAT
SOCAR-ın birgə əməkdaşlıq etdiyi şirkətlər tərəfindən Azərbaycanın neft-qaz sektoruna 55 milyard dollar həcmində sərmayə qoyulub
Bakı, 5 may, AZƏRTAC
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və onun törəmə şirkətləri 18 Hasilatın Pay Bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir. Birgə layihələrin iştirakçıları tərəfindən Azərbaycanın neft-qaz sektoruna 55 milyard ABŞ dolları həcmində sərmayə qoyulub.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan yazısında məlumat verib. R.Abdullayev bildirib ki, təsis etdiyimiz 37 Birgə Müəssisə və 7 Alyans neft və qaz sənayesinin, demək olar, bütün sahələrində uğurla fəaliyyət göstərir. “Əsrin Müqaviləsi” Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirib.
SOCAR-ın prezidenti qeyd edib ki, son 20 ildə “Azəri-Çıraq-Günəşli” layihəsinə 3 mindən artıq yerli müəssisə və şirkət cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]