Azərbaycan Dövlət İnformasiya Agentliyi

SOCAR-ın daxili təqaüd proqramının qalibləri müəyyənləşib

SOCAR-ın daxili təqaüd proqramının qalibləri müəyyənləşib

Bakı, 13 dekabr, AZƏRTAC 

SOCAR-ın daxili təqaüd proqramının qalibləri müəyyənləşib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, dekabrın 13-də SOCAR-da şirkətin əsas sosial məsuliyyət layihələrindən olan daxili təqaüd proqramı çərçivəsində 2016-2017-ci tədris ilinin nəticələrinə əsasən təqaüd qazanmış tələbələrə təqaüd kartlarının təqdim olunması mərasimi keçirilib. Mərasimdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) ilə SOCAR arasında mövcud sazişə uyğun olaraq, şirkətin struktur bölmələrində təcrübə keçmiş 24 nəfər “ASAN könüllüsü”nə sertifikatlar da təqdim olunub. Tədbirdə SOCAR-ın rəhbərliyinin nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təmsilçiləri, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərləri iştirak edib.

Son illərdə ölkəmizdə uğurla davam etdirilən neft kapitalının insan kapitalına transformasiyası kursunun aparıcı qüvvələrindən biri də SOCAR-dır. Müasir tələblərə cavab verən, yüksək ixtisaslı, səriştəli kadrların hazırlanması şirkətin prioritetlərindəndir. Çoxsaylı sosial məsuliyyət layihələri çərçivəsində təhsilə və gənc mütəxəssislər nəslinin yetişməsinə sərmayə qoymaqla Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına töhfə vermək məqsədi daşıyan SOCAR 2005-ci ildən təsis etdiyi daxili təqaüd proqramı üzrə artıq 19 müsabiqə keçirib, bu müsabiqələrə 21 mindən çox tələbə cəlb olunub, onlardan 2 minə yaxın tələbə şirkətin təqaüdünə layiq görülüb. Bu illər ərzində daxili təqaüd proqramının məzunu olan 209 nəfər SOCAR-ın struktur bölmələrində müsabiqədən kənar işə qəbul edilib. Onlardan 93 nəfəri güzəştli şərtlər əsasında mənzillə təmin olunub.

SOCAR-la “ASAN xidmət” arasındakı tərəfdaşlıq çərçivəsində 24 nəfər “ASAN könüllüsü” şirkətin struktur bölmələrində təcrübə keçmək şansından yararlanıb, Geofizika və Geologiya İdarəsində, Neft Kəmərləri İdarəsində, Neftqaztikinti trestində, Qaz ixrac idarəsində, Kompleks Qazma İşləri Trestində, Əmək şəraiti normalarının işlənməsi İdarəsində, “Azneft” İB-də, İnformasiya Texnologiyaları və Rabitə İdarəsində və İnsan Resursları Departamentində istehsalat təcrübəsi keçiblər.

Təqdimatla çıxış edən İnsan Resursları Departamentinin nümayəndəsi Roman Süleymanov bildirib ki, SOCAR-ın daxili təqaüd proqramı perspektivli gənclərə daha effektli təhsil almaq üçün səmərəli şərait yaradır. Digər tərəfdən hər il bu müsabiqənin keçirilməsi özü-özlüyündə bütün tələbələri daha çox çalışmağa, öz potensiallarını reallaşdırmağa təşviq edir.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib: “Azərbaycanın müstəqilliyinin və ulu öndər Heydər Əliyevin enerji strategiyasının təntənəsidir ki, bu gün ölkə gəncləri iqtisadi nailiyyətlərdən bəhrələnir və artıq dünyada tanınmış şirkətlərdən olan SOCAR-ın təqaüdünə layiq görülürlər. Azərbaycan SOCAR-ın timsalında son illərdə əldə etdiyi imkanlardan yararlanaraq, bu gün cəmiyyətimizin dayanıqlı inkişafına, bir sözlə, gələcəyimizə sərmayə qoyur. Siz gələcəyin qurucuları kimi bu gün qazandığınız nəzəri bilikləri təcrübədə tətbiq etməlisiniz. Sizin hər birinizə təhsildə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Tədbirdə çıxış edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib: “Gələcəyimizə qoyulan ən dayanıqlı sərmayə Azərbaycan insanına qoyulan sərmayədir. Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” tövsiyəsini əldə rəhbər tutaraq, gələcəyimiz olan gənclərə sərmayə qoymaqdan qürur duyuruq. Bu gün ölkəmizin ali məktəblərində təhsil alan bütün tələbələrə SOCAR-ın layihələrində iştirak etmək və çoxminli neftçi ailəsinin üzvünə çevrilmək imkanı yaradılıb. Bunun üçün nəzəri biliklərə yüksək səviyyədə sahib olmaq, müasir texnologiyalardan istifadə etmək bacarığına yiyələnmək lazımdır. Azərbaycan iqtisadiyyatının flaqmanı SOCAR indiyə qədər olduğu kimi, bundan sonra da bu strateji istiqamətdə sərmayə yatırmaqda davam edəcək”.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev əməkdaşlığa görə SOCAR-ın rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, SOCAR tərəfindən həyata keçirilən sosial məsuliyyət layihələri, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan təqaüd proqramları gənclər arasında böyük rəğbət qazanıb. Daxili təqaüd proqramı ilə yanaşı, SOCAR 2006-cı ildən etibarən Xarici Təqaüd Proqramını, 2010-cu ildən isə məqsədi tələbələrin neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılması, şirkətin müəssisələrində real iş şəraiti ilə yaxından tanış olmaları, nəzəri biliklərinin təcrübədə tətbiqindən ibarət olan “Ödənişli yay təcrübəsi” proqramını təşkil edir. Prezident İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılmış Bakı Ali Neft Məktəbi beynəlxalq tədris proqramı əsasında, Azərbaycanda və xaricdə həyata keçirilən beynəlxalq layihələrdə işləyə biləcək müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı ingilisdilli mütəxəssislər hazırlayır. Qısa müddət ərzində texniki ixtisaslar üzrə ali təhsil müəssisələrinin liderinə çevrilmiş məktəbin ilk 102 məzunu bu il müstəqil həyata vəsiqə qazanıb. Şirkətin Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirdiyi layihəsi çərçivəsində uşaq evlərində tərbiyə almış 120-dək gənc SOCAR-ın təlim mərkəzlərində müxtəlif peşələrə yiyələnərək, şirkətin strukturlarında çalışmaq imkanı qazanıb, mənzillərlə təmin olunub.

Müasir iqtisadiyyatda gənc kadrların hazırlığı işində sosial stimullara mühüm yer verilir. Bu məqsədlə SOCAR tərəfindən sosial güzəştlər sistemi işlənib hazırlanmışdır: həm xarici, həm daxili təqaüd proqramlarının iştirakçıları, həm də xarici ölkələrin nüfuzlu universitetlərinin digər gənc məzunları, həmçinin uşaq evlərində böyümüş gənclər işə qəbul olunduqdan sonra onların güzəştli şərtlərlə, ipoteka kreditləri hesabına mənzillə təmin edilməsi üçün imkan yaradılır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransin Pikap: Yaxın Şərqdəki böhran milyonlarla insanın həyat şəraitinə mənfi təsir göstərir

Fərid Qayıbov: Gənclərin fəaliyyətinin gücləndirilməsi dinc və davamlı gələcəyə edilə biləcək ən mühüm investisiyalardan biridir

WUF13-də Azərbaycanın təqdim etdiyi mühüm yanaşmalardan biri də insan mərkəzli yenidənqurma modeli olub

WUF13: Uşaqlar üçün oyun mərkəzindən FOTOLAR

Panel sessiya: Neyroşəhərsalma: Şəhərlər beynin formalaşmasına, davranışa və psixi rifaha necə təsir edir?

Nazir müavini: Şəhərlər sağlam və əlçatan olmalıdır

Lans Braun: Fəlakətlərdən sonrakı bərpa prosesi daha dayanıqlı gələcəyin formalaşdırılmasına xidmət etməlidir

Azərbaycan VIII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunur

Anar Quliyev: Mənzil böhranı artıq yalnız sosial məsələ deyil, çoxölçülü inkişaf çağırışıdır

Dalya Altuntepe: Azərbaycan münaqişədən sonrakı bərpa və şəhərsalma nümunəsi göstərir

UN-Habitat nümayəndəsi: Yaxın Şərqdəki böhran mənzil və şəhərsalma sektoruna ciddi təsir göstərir

Müşərrəf Hüseyn: Bakıdakı inkişaf dinamikası məni heyran etdi

Keniyalı jurnalist: WUF13-də çox mühüm informasiyalar əldə etdik

Türkiyə XİN: Qlobal Sumud Donanmasının iştirakçıları Türkiyəyə gətiriləcəklər

Ketrin Mur: Gələcəkdə binalar iqlim dəyişikliyinə davamlı olmalıdır

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

“Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə”: WUF13-də birgə sessiya

BMT-nin Baş katibinin müavini Azərbaycana səfərə gəlib

Misirli ekspert: Müasir şəhərsalmanın mərkəzində insan dayanmalıdır

İƏT rəsmisi: KOB-lar yerli inkişafın təşviqi, davamlılıq və dayanıqlı inkişaf üçün vacib alətlərdən biridir

Fərid Qayıbov: Azərbaycan gənclər və şəhər inkişafı üzrə beynəlxalq əməkdaşlığı fəal şəkildə dəstəkləyir

XRİTDX WUF13-də kibertəhlükəsizliyin dayanıqlı şəhərlərin inkişafındakı rolunu nümayiş etdirir

Niderlandlı iştirakçı: WUF13-də vacib təcrübələr paylaşılır

Fərid Şəfiyev: Azərbaycan postmünaqişə dövründə genişmiqyaslı yenidənqurma təcrübəsi formalaşdırır

Bakıda “Fəlakətlərdən sonra gələcəyin bərpası” mövzusunda yeni çərçivə sənədinin təqdim olunması nəzərdə tutulur

Cənubi Afrikalı mer: Azərbaycan urbanizasiya sahəsində inkişaf etmiş ölkələrdən biridir

Bakı nəqliyyatında inteqrasiya olunmuş mobillik sistemi genişlənir

Lans Braun: İnfrastrukturun bərpa olunması insanların öz yurd-yuvalarını tərk etmələrinin qarşını almalıdır

Amerikalı urbanist: Bakı əhalinin miqyasına hesablanmış yeni şəhər məkanları yaradılmasını uğurla həyata keçirir

Nazir: Gənclər yaşıl, inklüziv, əlçatan, təhlükəsiz və insanyönümlü şəhərlər istəyirlər

Afrikalı mütəxəssis: Biz WUF13 platformasında tarix yazırıq

“Arabaçı Əlillər Şəbəkəsi”nin təmsilçisi: Beynəlxalq platformalardakı müzakirələr gələcəyə nikbin baxmağa əsas verir

Zehra Zümrüt Selçuk: KOB-ların dayanıqlı şəhər transformasiyasının mərkəzində qalmasını təmin etməliyik

İsveçrəli ekspert: Azərbaycanın nadir şəhərsalma təcrübəsi dünya üçün son dərəcə dəyərlidir

Banqladeşli parlamentari: Qlobal şəhərsalma təşəbbüsləri bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edir

Elmi işçi: Bir layihənin uğuru yalnız maliyyədən və ya strukturdan asılı deyil

Kersti Tominqas: Ekoloji cəhətdən dayanıqlı tikinti gələcəyə qoyulan investisiyadır

WUF13: Azərbaycan pavilyonunda qlobal mənzil idarəçiliyi və yerli həllər müzakirə olunub

Rusiyanın mənzil fondu və əmlak vergisi sistemi açıqlanıb

Türkiyənin Tokat vilayətində daşqın riski səbəbindən yüzlərlə ev və müəssisə təxliyə edilib

Prezident İlham Əliyevlə Fransa Prezidenti arasında telefon danışığı olub

WUF13-də Azərbaycanın şəhərsalma təcrübəsi və azad edilmiş ərazilərdə yenidənqurma modeli təqdim edilib

Qarabağ və Şərqi Zəngəzurda bütün infrastruktur "Yaşıl Enerji Zonası" konsepsiyası nəzərə alınaraq hazırlanır

Pakistanın Baş naziri Çinə səfər edəcək

Vera Bukaçi gənclər siyasətinə verilən yüksək dəyərə görə Azərbaycan hökumətinə təşəkkür edib VİDEO

Vera Bukaçi gənclər siyasətinə verilən yüksək dəyərə görə Azərbaycan hökumətinə təşəkkür edib VİDEO

WUF13 çərçivəsində “Akademiya və tədqiqat“ üzrə dəyirmi masa təşkil olunub

Orxan Məmmədov: WUF13 kiçik və orta bizneslərin beynəlxalq tərəfdaşlarla əlaqələr qurmasına imkanlar yaradır

Prezidentin xüsusi nümayəndəsi: Şuşada bütün layihələr milli irsə uyğun icra olunur

Rusiyada Moskva və Sankt-Peterburq üzrə əmlakın kadastr dəyəri hər iki ildən bir yenilənir

Anaklaudia Rossbax: Şəhərlərin sürətli və plansız genişlənməsi su resurslarına ciddi təzyiq göstərir

Şükürbəyli kəndində daha 39 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

ADB rəsmisi: Maliyyə dayanıqlılığı su sektorunda əsas problemlərdən biridir

Lajana Manandhar: Yaxın Şərqdəki böhran Cənubi Asiya ailələrinin də sosial rifahına ciddi təsir göstərir

UN-Habitat: Qeyri-rəsmi yaşayış məskənlərinin yaxşılaşdırılması su problemlərinin həllinə töhfə verə bilər

Norio Saito: Su təchizatı sistemləri qurularkən tullantı sularının idarə olunması nəzərə alınmalıdır

Klaudiya Bogensperger: Davamlılıq standartları regiondan-regiona fərqlənir

Rose Molokoane: İşsizlik və yoxsulluq şəraitində yaşayan insanlar üçün su xidmətlərinin ödənişi ciddi yük yaradır

Rose Molokoane: Bir çox icmalarda insanlar çirklənmiş su mənbələrindən istifadə etməyə məcbur qalırlar

Oleq Mokruşin: Düşənbə şəhəri 17 qiymət zonasına bölünüb

İƏT rəsmisi: Rəqabət artıq yalnız ölkələr arasında deyil, şəhərlər və regionlar arasında da formalaşır

Filip Dekort: Yaxın Şərqdəki böhran mənzil və şəhərsalma sahəsində mövcud həssaslıqları daha da artırır

AYNA: Yeni dəmir yolu xətlərinin yaşayış məntəqələrini şəhərin əsas mərkəzləri ilə birləşdirməsi planlaşdırılır

Aydın Kərimov: Bu mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub

Ekspert: Su, qida çatışmazlığı və işsizlik qarşıdurma və ya iğtişaşlara gətirib çıxarır

WUF tədbirləri təcrübə mübadiləsi aparmaq və yeni texnologiyaların tətbiqini genişləndirmək imkanı verir

Ramil Cahangirov: Kəlbəcərdə bölgənin dağlıq relyefinə uyğun Alp üslubu tətbiq edilib

Beynəlxalq turizm proqramları meneceri: Davamlılıq sertifikatlarına marağın sürətlə artdığını müşahidə edirik

Norveçli tədqiqatçı: Gələcəyin şəhərlərində prioritet insanların rifahı olmalıdır

Fransada qırıcı evin damını uçurdu, təmir xərclərini ev sahibi ödəməli oldu

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən konsepsiyalar dayanıqlı inkişaf modelinin real nümunəsidir VİDEO

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən konsepsiyalar dayanıqlı inkişaf modelinin real nümunəsidir VİDEO

Orxan Məmmədov: 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkəmizin dayanıqlı şəhər inkişafına verdiyi strateji əhəmiyyəti əks etdirir

WUF tədbirləri təcrübə mübadiləsi aparmaq və yeni texnologiyaların tətbiqini genişləndirmək imkanı verir

WUF13: “Ədalətli əmlak vergisi davamlı şəhər inkişafının hərəkətverici gücü kimi” - panel sessiya

WUF13 çərçivəsində mənzil maliyyələşdirilməsində yeni yanaşmalar və inklüziv həllər müzakirə edilib

Sabah bəzi yerlərdə arabir yağış yağacaq

Orxan Məmmədov: Azad edilmiş ərazilərdəki işlər innovativ və gələcəyə yönəlmiş şəhərsalma siyasətinə sadiqliyi göstərir

Aydın Kərimov: Şəhər planlaşdırması sənədlərlə yanaşı, beynəlxalq dialoq və çevik əməkdaşlıq tələb edən prosesdir

Palata sədri: Azərbaycanda əmlak vergisində hibrid modelin tətbiqi daha realist yanaşmadır

Claudia Baranzelli: Bu yaxınlarda OECD “Yerli Məlumat Portalı”na Azərbaycanın da əlavə olunması planlaşdırılır

Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək

KOBİA sədri: WUF13 Azərbaycanın şəhər innovasiyaları sahəsində artan rolunun yüksək qiymətləndirildiyinin göstəricisidir

WUF13: Xarici media nümayəndələri Şamaxıda səfərdədir

Anaklaudia Rossbax: Mənzil siyasəti, şəhər planlaşdırılması və su təminatı koordinasiyalı şəkildə həyata keçirilməlidir

Dunja Kovari-Binggeli: Azərbaycanda qarşımıza qoyulan planları böyük zəhmət və fədakarlıqla reallığa çevirdik

Fariz Əzizov: Ziya Bünyadov prospektinə paralel çəkilən yol layihəsinin 50 faizi icra olunub

Deputat: Dayanıqlılıq cəmiyyətin gündəlik davranış mədəniyyətində də əks olunmalıdır

Məşhur milyonçuların varisləri "Mesenat" tamaşasının yaradıcı kollektivinə təşəkkür ediblər

Sloveniyada əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin xatirəsi anılıb

Ramil Cahangirov: İşğaldan azad edilmiş bölgələrdə yenidənqurmanın ilk günlərindən beynəlxalq şirkətlərlə əməkdaşlığa başlanılıb

ADNOC: BƏƏ-nin Hörmüz boğazından yan keçən yeni boru kəmərində işlərin təxminən 50 faizi tamamlanıb

Patrisiya Skotland: Yaxın Şərqdəki eskalasiya geosiyasi böhran xarakteri daşıyır

Fatma Yıldırım: Azərbaycan dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləyən məsuliyyətli tərəfdaş kimi çıxış edir VİDEO

Fatma Yıldırım: Azərbaycan dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləyən məsuliyyətli tərəfdaş kimi çıxış edir VİDEO

SESRIC-in baş direktoru: 2030-cu ilədək dünyada şəhər əhalisinin 30 faizi İƏT-ə üzv ölkələrdə olacaq

Gümüşhanə Universitetində “Azərbaycan stendi” böyük maraq doğurub

Rumıniyada Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbul

WUF13-ün iştirakçısı: Azərbaycanın inklüziv şəhərsalma sahəsindəki təşəbbüsləri təqdirəlayiqdir

Millətlər Birliyinin 6-cı Baş katibi: Yaxın Şərqdəki böhran qlobal mənzil və şəhərsalma böhranını dərinləşdirir

Ramil İsgəndərli: Şəhərsalmada gənclərin və QHT-lərin təklifləri diqqətdən kənarda qalmır VİDEO

Ramil İsgəndərli: Şəhərsalmada gənclərin və QHT-lərin təklifləri diqqətdən kənarda qalmır VİDEO

Mpilo Nqubane: İnkişaf etmiş ölkələr qlobal yaşayış böhranının həllində dəstək olmalıdır

Almaniyalı mütəxəssis: Azərbaycan münaqişədən sonrakı bərpa üçün nümunədir