İQTİSADİYYAT


SOCAR-ın əməkdaşları üçün dənizdə insan həyatının mühafizəsi üzrə təlim kursları başa çatıb

A+ A

3 fevral, AZƏRTAC 

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində “Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatı”nın (OPITO) standartlarının tələblərinə uyğun olaraq, şirkətin əməkdaşları üçün “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq” (BOSIET) üzrə təlim kursu keçirilib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kurs ərzində dinləyicilərə dənizdəki neft və qaz qurğuları ilə bağlı spesifik ümumi təhlükələr barədə məlumat verilib. Həmin təhlükələr üzrə potensial riskləri müəyyənləşdirmək, onların aradan qaldırılmasına və ya azaldılmasına nəzarət etmək sahəsində bacarıqlar aşılanıb. Dinləyicilər dənizdə əsas təhlükəsizlik texnikası qaydalarını və əməyin mühafizəsinin idarə edilməsinə dair ilkin konsepsiyaları öyrənib, texniki təhlükəsizlik avadanlıqlarından istifadə bacarığına yiyələniblər.

Kurslarda vertolyotla bağlı fövqəladə hallara hazırlıq və suya məcburi eniş edən vertolyotun tərk edilməsinə aid prosedurlar, dənizdə sağqalma və ilk tibbi yardım texnikaları, ilkin yanğınsöndürmə avadanlıqlarından, həmçinin görmə qabiliyyəti aşağı olan vəziyyətlərdə, o cümlədən tüstü ilə dolmuş ərazilərdə özünüxilasetmə texnikasından istifadə qaydaları nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.