İQTİSADİYYAT


SOCAR-ın idarəsi Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun təlim lisenziyasını qazanıb

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) Böyük Britaniya Birləşmiş Krallığının Əməyin Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun (IOSH) “Təhlükəsiz idarəetmə” üzrə təlim lisenziyasını qazanıb.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarə OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, İSO 9001 “Keyfiyyət idarəetmə sistemi”, İSO 14001 “Ekologiya idarəetmə sistemi”, İSO/IEC 17024 “Personalın sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar”, İSO/IEC 17025 “Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi şərtlər” və Beynəlxalq Standartlaşdırma Təşkilatının “İSO 29990: 2010 - Qeyri-formal təhsil və təlimlər üzrə öyrənmə xidmətləri - Xidmət göstərənlərə dair ilkin tələblər” beynəlxalq standartları üzrə akkreditə olunub.

Bununla yanaşı, idarənin müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülən işlərin beynəlxalq standartlar səviyyəsində aparılması məqsədilə, dünyada nüfuzlu beynəlxalq təşkilat hesab olunan IOSH-a üzvlük istiqamətində işlər davam etdirilib. Nəticədə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Böyük Britaniya Birləşmiş Krallığının Əməyin Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun “Təhlükəsiz idarəetmə” üzrə təlim lisenziyasını qazanıb. İdarənin 2 nəfər əməkdaşı da IOSH-un “Təhlükəsiz İdarəetmə” (Managing Safely) təlim kursunda dinləyici qismində iştirak edib və sertifikatlara layiq görülüb.

Bundan sonra TTSİ tərəfindən SOCAR-ın müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə məsul olan mütəxəssislərin IOSH beynəlxalq standartı üzrə sertifikatlaşdırılmasını həyata keçiriləcək. Bu isə öz növbəsində iş yerlərində risklərin azaldlılmasına, işlərin təhlükəsiz idarə edilməsinə, qəza araşdırmalarının həyata keçirilməsinə, iş şəraitində təhlükələrin müəyyən edilməsinə və düzəlişlərin həyata keçirilməsinə şərait yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.