Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

SOCAR-ın idarəsinə beynəlxalq inspeksiya və akkreditasiya qurumlarının sertifikatları təqdim olunub

Bakı, 29 aprel, AZƏRTAC

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə (TTSİ) Fransanın Bureau Veritas təşkilatı, Böyük Britaniyanın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutu və Dəniz Neft-Qaz Sənayesində Təlim Təşkilatı tərəfindən sertifikatlar təqdim edilib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, SOCAR rəhbərliyinin nümayəndələri iştirak ediblər.

R.Abdullayev bu əlamətdar hadisə münasibətilə TTSİ-nin mütəxəssislərini təbrik edib, ölkə Prezidentinin tapşırığına uyğun olaraq, şirkətdə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib, sertifikatların alınmasını SOCAR-ın beynəlxalq şirkətə çevrilməsi istiqamətində atılmış addımlardan biri olduğunu vurğulayıb.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov beynəlxalq inspeksiya və akkreditasiya qurumları ilə əməkdaşlıq və sertifikatların əldə olunması istiqamətində görülən işlər haqqında məruzə edib. Bildirilib ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində SOCAR davamlı olaraq inkişaf edir, müasirləşir və dünyaya inteqrasiya olunur. İki gün öncə ölkə başçısı dünya neft sənayesinin əsası qoyulmuş Bibiheybətdəki ilk neft quyusunun bərpadan sonrakı vəziyyəti ilə, bu gün isə, Sumqayıtda inşa olunan, yaxın gələcəkdə iqtisadiyyatımız üçün əvəzsiz rol oynayacaq Karbamid zavodunda tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olub. Prezidentin tariximizə və gələcəyimizə olan ali diqqətinin şirkət əməkçilərini daha böyük uğurlar qazanmağa ruhlandırdığını söyləyən natiq keçirilən tədbirin əlamətdar bir günə Ümumdünya Əməyin Mühafizəsi gününə təsadüf etdiyini və tədbirin qayəsinin bu əlamətdar günlə, neftçilərimizin əməyinin mühafizəsi ilə bilavasitə əlaqədar olduğunu bildirib.

Qeyd olunub ki, TTSİ yarandığı gündən onun qarşısında beynəlxalq təşkilatlarla, dünyanın bu sahədə nüfuz qazanmış şirkətləri ilə əməkdaşlığın qurulması və dərinləşdirilməsi vəzifəsi qoyulub. İdarə bu işə xüsusi diqqət yetirərək, beynəlxalq əlaqələrini ilbəil genişləndirir. Avropa Təlim Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə etibarlı tərəfdaşlıq qurulub. Keçən il isə idarənin təşkil etdiyi qeyri-formal təlimlər və spesifik hazırlıq kursları beynəlxalq inspeksiya və akkreditasiya qurumları olan Fransanın Bureau Veritas təşkilatı, Böyük Britaniyanın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutu və Dəniz Neft-Qaz Sənayesində Təlim Təşkilatı tərəfindən akkreditasiya edilmiş və müvafiq sertifikatlara layiq görülüb. SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi bu nüfuzlu beynəlxalq təşkilatların tələblərinə uyğun şəkildə çox mühüm kursları müstəqil olaraq keçirmək və məzunları sertifikatlaşdırmaq hüququ əldə edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov, “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxış edərək TTSİ-nin kollektivini bu münasibətlə təbrik edib, SOCAR-ın təlim-tədris mərkəzlərində Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri, habelə digər sənaye müəssisələri üçün də yüksək ixtisaslı kadrlar hazırlandığını söyləyib, mərkəzlərdə təhsil və təlim üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.

Sertifikatlar təqdim olunduqdan sonra SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov göstərilən diqqət və qayğıya görə şirkət rəhbərliyinə təşəkkürünü bildirib, idarənin bundan sonra da SOCAR-ın strateji inkişafını təmin edəcək yüksək ixtisaslı kadrlar hazırlanması üçün layiqincə çalışacağına tədbir iştirakçılarını əmin edib.

Tədbirin sonunda TTSİ-nin Sumqayıt Təlim Mərkəzində kurs keçmiş və ən yüksək bal toplamış 11 məzuna sertifikatlar təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində yaradılacaq süni torpaqlarda tikinti fəaliyyəti məcəllənin tələblərinə uyğun həyata keçiriləcək

Xəzər dənizində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək

Könüllülər üçün “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsinə start verilir

"Xalqın mədəni sərvəti" layihəsi Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub

Dövlət Komitəsi rəsmisi: Tikinti ilə bağlı tələblər baxımından qanunvericiliyin təkmilləşdirilməsi zərurətdir

Milli Kitabxanada “Xalq artisti Ramiz Mirişli” adlı kitab sərgisi açılıb

İrpen şəhərinin küçə və prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib

“Zirə” klubunun sabiq futbolçusu vəfat edib

Mərkəzi Bankın sədri: Türkiyə digər sahələrdə olduğu kimi, sığorta sahəsində də əsas tərəfdaşımızdır

Əli Hüseynli: Xəzərdə süni torpaq sahələrinin yaradılması yeni imkanlar açacaq

Taleh Kazımov: Sığorta ödənişləri son üç ildə 26,3 faiz artaraq 587 milyon manata çatıb

Nazir: Azərbaycanda rəqəmsal siyasətə dair dövlət strategiyası 3 əsas istiqamət üzərində qurulub

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 tondan çox narkotik vasitə məhv edilib

Sumqayıt Şəhər Prokurorluğunda “Açıq qapı günü”

Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

"Paris-2024"ə lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başlayıb

Qazaxıstanlı politoloq: Cənubi Qafqaz regionunun əhəmiyyəti artır

Azərbaycanda narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

Qərbi Azərbaycan İcması professor Lemkinin adından sui-istifadə edilməsini sərt şəkildə qınayıb

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən illərlə müqayisədə yollarda ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb

Qarğıdalı sahəsini dolu vurdu, 90 min manata yaxın aqrar sığorta ödənildi

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub YENİLƏNƏCƏK

Fövqəladə Hallar Nazirliyi təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsini aradan qaldırıb

Çexiyada bir həftədə 1500-ə yaxın insan göy öskürəyə yoluxub

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Dünya birjalarında neft bahalaşıb

DİN: Xankəndidə 27 avtomat və digər silah-sursat aşkarlanıb

DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəbrayılda minalar aşkar edilib VİDEO

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan və Antonio Quterreş arasında telefon danışığı olub

“COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” adlı tədbir keçirilib

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib

AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bayram günlərində Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

® “Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Arif Əsədov: Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

QS-nin regional direktoru: UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır

“Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” - beynəlxalq konfrans

“Kapital Bank”dan mükafatlarla dolu “50 gün, 50 hədiyyə” lotereyası

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib