İQTİSADİYYAT


SOCAR-ın laboratoriyası beynəlxalq qarşılaşdırma testlərində 96 faiz uyğunluq əldə edib

Bakı, 26 iyul, AZƏRTAC

SOCAR-ın Ekologiya İdarəsinin Kompleks tədqiqatlar laboratoriyası (KTL) müasir beynəlxalq standartları tətbiq edərək iş fəaliyyətini genişləndirir.

SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, KTL iyul ayında İngiltərənin bu sahədə ixtisaslaşmış nüfuzlu LGC şirkətinin 100-dən artıq beynəlxalq laboratoriya arasında təşkil etdiyi su nümunələrinin təhlili üzrə qarşılaşdırma testində iştirak edib.

Göndərilmiş su nümunələri 33 parametr üzrə analiz olunub və nəticələr beynəlxalq qarşılaşdırma testini təşkil edən LGC şirkətinə təqdim edilib. LGC şirkətinin rəyinə əsasən, aparılmış qarşılaşdırmanın nəticəsi olaraq KTL 96 faiz uyğunluq əldə edib ki, bu da uğurlu nəticə sayılır. Bu cür nəticələrin əldə olunması yerli və beynəlxalq şirkətlərlə əməkdaşlığın qurulmasında laboratoriya üçün geniş imkanlar yaradır.

Qeyd edək ki, KTL 2012-ci ildən TurkAK tərəfindən TS EN İSO/İEC 17025:2012 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiyadan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.