İQTİSADİYYAT


SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdə olub

Bakı, 28 iyun, AZƏRTAC

Gürcüstanda işgüzar səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsini ziyarət edib və abidənin qarşısına gül dəstəsi qoyub.

AZƏRTAC SOCAR-ın saytına istinadla xəbər verir ki, səfər çərçivəsində R.Abdullayevlə Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin rəsmi görüşü olub.

SOCAR-ın sərmayələr idarəsinin rəisi V.Əliyev və “SOCAR Energy Georgia”nın baş direktoru M.Məmmədovun da iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün Qardabani rayonunda azərbaycanlıların kompakt halda yaşadığı Qaratəhlə kənd orta məktəbinin idman zalının açılışı olub.

Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Hökumət Administrasiyasının rəhbərləri, Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemsadze, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə bildirilib ki, 300 şagirdin təhsil aldığı kənd məktəbinin idman zalı SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə tikilib istifadəyə verilib. İki mərtəbədən ibarət, 276 kvadratmetrlik idman kompleksi müasir infrastrukturla təmin olunub, mərkəzi istilik və havalandırma sistemi quraşdırılıb. Kompleks “MStudio” arxitektor-dizayn kompaniyası tərəfindən layihələndirilib, tikinti işləri isə “Constrakşen Devolepment Compani” tərəfindən həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.