İQTİSADİYYAT


SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu üzrə test imtahanları keçirilib

Bakı, 20 iyun, AZƏRTAC

SOCAR-ın İnsan Resursları Departamentinin Testləşdirmənin təşkili şöbəsi iyunun 19-20-də Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) və Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinə (DİHMTM) şagird qəbulu üzrə test imtahanları keçirib.

SOCAR-dan AZƏRTAC-a verilən məlumata görə, STTM-də aparatçı, kompressor qurğularının maşinisti, NÖC və avtomatika üzrə çilingər, elektrik qaz qaynaqçısı, nasos qurğularının maşinisti, elektrik montyoru və qazla kəsən peşələri üzrə 61 yerə 345 nəfər iddiaçı, DİHMTM-yə isə I-II iş qrupu üzrə 4-cü dərəcəli dalğıc peşəsi üzrə 10 yerə 36 nəfər iddiaçı test imtahanlarında iştirak edib.

Test imtahanlarında iddiaçılara milli dövlətçilik, riyaziyyat, fizika, kimya, məntiq və tarix fənlərindən ümumilikdə 70 test tapşırığı təqdim olunub, tapşırıqların cavablandırılmasına isə 105 dəqiqə vaxt ayrılıb.

Test imtahanlarının nəticələri barədə məlumatlar yaxın günlərdə www.socar.az saytı “Karyera” bölməsinin “Təlim Mərkəzinə sənəd qəbulu” alt bölməsində yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.