İQTİSADİYYAT


SOCAR istiqrazları bu gündən satışdadır

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC 

SOCAR istiqrazları sentyabrın 20-dən satışdadır.

AZƏRTAC xəbər verir ki, SOCAR istiqrazlarının satışı 10 oktyabradək davam edəcək. Bir istiqrazın dəyəri 1000 (min) ABŞ dollarıdır. İstiqrazlar 5 il müddətlidir və illik 5 faiz gəlir gətirəcək. Ümumilikdə 100 min ədəd istiqraz buraxılıb. İstiqrazların ümumi dəyəri 100 milyon ABŞ dollarıdır. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq.

Qeyd edək ki, istiqrazları 1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən, banklardan (“Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “Rabitəbank”dan, “Xalq Bank”dan), investisiya şirkətlərindən (“AzFinance Invest”, “İnvestAz”, “Paşa Kapital, PSG – Kapital”) əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.