İQTİSADİYYAT


SOCAR istiqrazları ilə Bakı Fond Birjasında repo əməliyyatlarına start verilir

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

SOCAR istiqrazları (ISIN AZ2001019895) Bakı Fond Birjasında (BFB) repo predmeti siyahısına əlavə edilib. Bu o deməkdir ki, istiqrazların BFB-də təkrar bazar ticarəti ilə bərabər onlarla repo əməliyyatları da həyata keçirmək mümkündür.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, repo predmeti olaraq yüksək likvidli, market-meykeri olan alətlər seçilir. SOCAR istiqrazlarının market-meykeri qismində “PSG Kapital İnvestisiya Şirkəti” QSC iştirak edir və SOCAR istiqrazlara geriyə alış təminatı verir.

SOCAR istiqrazlarının repo təminat əmsalı Milli Depozit Mərkəzi ilə razılaşdırılaraq 5 faiz təyin edilib.

Xatırladaq ki, repo institusional investorlara qısamüddətli likvidliyin idarə olunması məqsədilə, repo predmeti müqabilində vəsait cəlb etmək/yerləşdirmək imkanı verən alətdir. Repo predmeti olan bütün alətlərin siyahısı BFB-nin internet saytının qayda və təlimatlar bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.