Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

SOCAR istiqrazları ilə təkrar bazar əməliyyatlarının həcmi 80 milyon dolları keçib YENİLƏNİB

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycanın fond bazarı tarixində ilk dəfə olaraq qiymətli kağızlarla təkrar bazardakı əməliyyatların həcmi buraxılışın 80 faizindən yüksək olub. İyunun 9-da Bakı Fond Birjasında SOCAR istiqrazları ilə təkrar bazar əməliyyatlarının həcmi 80 milyon dolları keçib. Hazırda Azərbaycanın qiymətli kağızlar bazarında təqribən 10 bank və şirkətin korporativ istiqrazı dövr edir. Ötən ilin sentyabrında 100 milyon dollarlıq həcmdə buraxılan SOCAR istiqrazları bunlardan hələlik sonuncusudur. Amma digər qiymətli kağızlardan fərqli olaraq təkrar bazarda SOCAR istiqrazlarına tələbat daha yüksək olub. Cəmi 8 ay ərzində (istiqrazların təkrar bazarı 2016-cı ilin oktyabrında başlanıb) Bakı Fond Birjasında 80 min 592 ədəd İstiqraz alınıb-satılıb, əməliyyatların ümumi məbləği 81,2 milyon dollara çatıb.

Hazırda bazarda bir sıra iri bankların, kredit və rabitə şirkətlərinin istiqrazları dövriyyədə olsa da, onlarla əməliyyatların həcmi olduqca aşağıdır. SOCAR istiqrazları isə şirkətlər və əhali tərəfindən ən çox alınıb-satılan qiymətli kağız sayılır. Xüsusilə əhali uzun müddətdən bəri ilk dəfə olaraq kütləvi şəkildə qiymətli kağızlar bazarına meyillənərək istiqraz alır.

                      İstiqrazları niyə alırlar?

Fond bazarı üzrə ekspert Cəfər İbrahimli bildirir ki, SOCAR istiqrazlarının belə aktiv alınıb–satılmasının əsas səbəbi onların etibarlı və likvid olmasıdır. Onun sözlərinə görə, investorları cəlb edən əsas cəhətlər SOCAR-ın etibarlılığı - böyük aktivlərə sahib olması, şirkətdə korporativ idarəetmənin tətbiqi, hesabatlarının şəffaflığı və beynəlxalq maliyyə standartlarına uyğunluğudur.

Məhz buna görə, daxili bazar üçün buraxılmasına baxmayaraq, istiqrazların alıcıları arasında xaricilər də var. İstiqrazların marketmeykeri “PSG Kapital” şirkəti bildirir ki, bunlar Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna və Qazaxıstan vətəndaşlarıdır.

“Təkrar bazarda SOCAR İstiqrazları ilə əməliyyatların həcminin böyük olması ilə yanaşı, alış-satışların cari qiymətlərdən daha yüksək qiymətlə aparılması da diqqəti çəkir. Bu da istiqrazlara real tələbatın yüksək olmasının göstəricisidir”, - deyə ekspert bildirib.

Xatırladaq ki, SOCAR istiqrazları 5 illik müddətə və illik 5 faiz gəlirliliklə buraxılıb. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçirilir. Yanvarın 17-si və aprelin 17-si tarixlərində həyata keçirilən faiz ödənişləri çərçivəsində istiqraz sahiblərinə hər istiqraz üçün 25 dollar olmaqla, ümumilikdə 2,5 milyon dollar vəsait ödənilib. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.

                   SOCAR yeni istiqrazlar buraxmalıdır

İstiqrazlara tələbatın böyüklüyünü onların qiymətinin yüksək olması da təsdiqləyir. Belə ki, SOCAR istiqrazlarının nominal qiyməti 1000 dollar olsa da, hazırda bazarda bu qiymətə istiqraz demək olar ki, satılmır. Əvvəlki aylarda faiz ödənişlərindən dərhal sonra qısa müddət (1-3 gün) ərzində istiqrazları 1000 dollara əldə etmək mümkün olduğu halda, indi qiymətlər daha yüksəkdir. Hətta kupon ödənişindən dərhal sonra da 1000 dollara istiqraz tapmaq mümkün deyil – qiymətlər 1003-1004 dollardan başlayır. Amma hətta bu qiymətlərlə də istiqraz alanlar, onu satmaq istəyənlərdən qat-qat çoxdur.

İstiqrazlara tələbatın yüksək olması isə yeni istiqrazların buraxılmasına ehtiyac yaradır: “Əgər istiqrazlara tələbat böyükdürsə və onların qiyməti yüksəkdirsə, şirkət tələbatı qarşılamaq üçün yeni istiqrazlar buraxmalıdır”.

Cəfər İbrahimli bildirir ki, bu üsulla SOCAR həm bazardakı tələbatı qarşılaya, həm də əlavə vəsaitlər cəlb edə bilər: “Yeni istiqrazların da elə bu parametrlərlə buraxılması məqsədəuyğun olardı”.

               Manatla istiqrazlar da aktualdır

Ekspertin fikrincə, SOCAR öz investisiyalarının istiqamətini nəzərə alaraq, növbəti istiqrazlarını fərqli valyutalarda buraxa bilər: “Əgər vəsaitlərin böyük hissəsi daxili bazarda istifadə olunacaqsa, ən uyğun variant manatla qısamüddətli – birillik istiqrazların buraxılması ola bilər. Amma onların cəlbedici olması üçün manatla istiqrazların gəlirliliyi Maliyyə Nazirliyinin istiqrazları və manatla qoyulan bank əmanətləri ilə rəqabət apara biləcək səviyyədə olmalıdır”.

               İstiqrazlar fond bazarını canlandırıb

SOCAR İstiqrazlarına belə böyük tələbat və alqı-satqıların artımı ölkənin qiymətli kağızlar bazarının dərinliyini və aktivliyini artırıb. Belə ki, bu ilin ilk 5 ayında Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 3,3 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə artıqdır. Yanvar-may aylarında korporativ istiqrazlarla təkrar bazarda aparılan əməliyyatların həcmi 93,7 milyon manat təşkil edib. Bu da əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 dəfə artıqdır. İstiqrazlarla aparılan əməliyyatların sayı isə 21 dəfə artaraq 409-a çatıb. Bu əməliyyatların da böyük hissəsi məhz SOCAR istiqrazlarının payına düşüb. Belə ki, bu dövrdə SOCAR istiqrazları ilə 45,6 milyon dollarlıq əməliyyat aparılıb.

Mütəxəssislərin fikrincə, yeni istiqraz buraxılışları bazardakı aktivliyi davam etdirməyə, eləcə də qiymətli kağızlar sektoruna sərmayələri artırmağa imkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azəbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

KİV: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub