Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

SOCAR istiqrazlarını yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edə biləcək [YENİLƏNİB]

Bakı, 16 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Sentyabrın 16-da SOCAR istiqrazlarının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə SOCAR istiqrazları barədə reklam filmi nümayiş etdirilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirdiyi Azərbaycanın enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlər ölkəmizin davamlı iqtisadi inkişafında Dövlət Neft Şirkətinin rolunu yüksəldib, onun mövqeyini gücləndirib. Bu uğurların əldə olunmasında davamlı strateji fəaliyyətlər, həyata keçirilən regional və qlobal layihələr, aparılan genişmiqyaslı islahatlar mühüm rol oynayır. Hazırda SOCAR öz işçilərinin sayına və dövlət büdcəsinə ödədiyi vergilərin həcminə görə ölkə iqtisadiyyatının avanqard qüvvəsidir. Eyni zamanda, SOCAR son illərdə həyata keçirdiyi və icra etməkdə olduğu nəhəng layihələri ilə dünya enerji sektoruna inamla inteqrasiya olub, onun aparıcı qüvvələrindən birinə çevrilib.

“SOCAR investisiya layihələrini maliyyələşdirmək üçün ötən dövrlərdə avrobondlar buraxıb, emissiyalarını 1 milyard və 750 milyon dəyərində 10 və 15 il tədavül müddətinə qədər qaldırmağa nail olub. Bununla da beynəlxalq maliyyə və investisiya şirkətlərinin diqqətini cəlb edib”, - deyə SOCAR-ın prezidenti əlavə edib.

R.Abdullayev bildirib ki, SOCAR tərəfindən Azərbaycan vətəndaşları üçün alternativ investisiya imkanları və yeni maliyyə alətlərinin sırasında ilk layihə olaraq bu il sentyabrın 20-dən etibarən ABŞ dolları ilə illik 5 faiz gəlirli, 5 il müddətli və 3 aydan bir faiz ödənişli SOCAR istiqrazları satışa çıxarılacaq. Satış üçün son tarix bu il oktyabrın 10-na təyin edilib. Bir istiqrazın nominal dəyəri 1000 ABŞ dollarıdır. İstiqrazların buraxılışı bir mərhələdə və 100 milyon ABŞ dolları həcmində olacaq. İlk yerləşdirilmə zamanı SOCAR istiqrazlarını yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edəcək. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər. Xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın alması mümkündür.

Bildirib ki, SOCAR ıstiqrazlarını “AzFinance Invest”, “İnvestAZ”, “PAŞA Kapital”, “PSG-Kapital”, 1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərində şöbəsi yerləşən investisiya şirkətlərindən, Azərbaycan Beynəlxalq Bankı, “Kapital Bank”, “Rabitəbank” və “Xalq Bank”dan əldə etmək mümkün olacaq. İstiqrazlar bütün növ vergilərdən azaddır.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib ki, dövlətimizin başçısı SOCAR-ın inkişafına, Dövlət Neft Şirkətində korporativ idarəetmənin, beynəlxalq uçotun tətbiqinə hər zaman yüksək diqqət və dəstək verib. Bu gün SOCAR dünyanın tanınan, hörmət olunan və tanınmış neft şirkətləri qarşısında hesabatlı olan, eyni zamanda nüfuzu olan bir şirkətə çevrilib. SOCAR bir çox dünya dövlətlərinin ala və qazana bilməyəcəyi maliyyə dayanıqlığı reytinqinə və etibarlığına malikdir.

“SOCAR özünün korporativ idarəetməsi, gəlirlərinin xalqla bölüşməsi, eyni zamanda, maliyyə şəffaflığının artırılması məqsədilə belə cəsarətli və innovativ addım atır. SOCAR istiqrazlarını buraxaraq öz gəlirlərini xalqla bölüşməsi ilə bütün növ ictimai təbəqələri iqtisadi fəallığa və aktivliyə dəvət edir. SOCAR istiqrazlarının buraxılışı ölkənin qiymətli kağızlar və maliyyə bazarlarının inkişafı ilə yanaşı, dövlət-vətəndaş həmrəyliyinin, eyni zamanda dövlət gəlirlərinin vətəndaşlar arasında ədalətli bölgüsünü təmin edən bir maliyyə aləti olaraq çıxış edəcək. Belə maliyyə alətlərinin tətbiqi xüsusilə indiki dövrdə, beynəlxalq aləmdə və bazarlarda baş verən dalğalanmalar çərçivəsində xüsusi əhəmiyyətə malikdir. SOCAR ilk cəsarətli addım ataraq öz gəlirliyini vətəndaşlar ilə bölməklə, istiqrazlar buraxaraq vətəndaşlar qarşısında hesabatlığı təmin etməklə, eyni zamanda özünün ictimai nəzarətə açıq olduğunu bəyan edir. Bu da ölkə başçısının dövlət şirkətlərinin fəaliyyətində olan şəffaflığın artırılması prinsiplərinə tam uyğundur”, - deyə Azərbaycan Prezidentinin köməkçisi N.Əmirov əlavə edib.

“Ümid edirəm ki, digər şirkətlərin, ilk növbədə dövlət, eyni zamanda özəl şirkətləri də maliyyə bazarlarının aktiv iştirakçısı olmağa, maliyyə bazarlarının maliyyə alətləri vasitəsilə öz kapitallarını artırmağa və kapital artımı vasitəsilə də maliyyə sağlamlığı və dayanıqlığı sistemlərinin tətbiq etməyə həvəsləndirəcək, cəsarətləndirəcək”, - deyən N.Əmirov qeyd edib ki, SOCAR istiqrazları kifayət qədər gəlirliliyə malikdir. Yüz faiz likvid aktiv sayılan bu istiqrazlar istənilən an nağd pula və yaxud qeyri-nağd şəkildə bank vəsaitinə çevrilə bilər. Bu da vətəndaşların, eyni zamanda maliyyə vəsaiti saxlayanların belə bir aktiv, likvid maliyyə aləti vasitəsilə öz gəlirlərini və investisiyalarını yerləşdirmək və SOCAR-ın gəlirlərində pay sahibi olmaq imkanı yaradır.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu gün SOCAR-ın dünyanın aparıcı transmilli korporasiyalarından birinə çevrildiyini deyib. Son illərdə Azərbaycanda dərin islahatların aparıldığını bildirən Z.Səmədzadə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üçün mühüm addımların atıldığını qeyd edib.

“Artıq Azərbaycan dünyada nadir ölkələrdən sayılır ki, uzaq gələcəyə öz iqtisadi inkişaf strategiyası müəyyən edib. Əminəm ki, SOCAR istiqrazları Azərbaycan xalqı tərəfindən yüksək səviyyədə qarşılanacaq və maliyyə bazarları sisteminin inkişafına xidmət edəcək. Bütövlükdə real sektor ilə maliyyə sektoru arasında əlaqənin daha da möhkəmlənməsinə xidmət edəcək”, - deyə Milli Məclisin komitə sədri qeyd edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı SOCAR istiqrazlarının bazara təqdim olunmasını Azərbaycanın maliyyə bazarında xüsusi bir hadisə olduğunu bildirib. Qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası istiqrazları buraxdığı zaman SOCAR tərəfindən götürülən zəmanətlərə qeyd şərtsiz əməl olunmasına nəzarət edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov SOCAR istiqrazlarının şirkətin digər layihələri kimi uğurlu olacağına əminliyini qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub