İQTİSADİYYAT


SOCAR iyulda dövlət büdcəsinə 127 milyon manatdan çox vəsait köçürüb

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

SOCAR tərəfindən bu ilin iyul ayında dövlət büdcəsinə 127 milyon 110 min manat vəsait ödənilib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında SOCAR büdcəyə 788 milyon 852 min manat vəsait ödəyib.

Bu ilin iyul ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 74 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 901 min manat və ya 108,1 faiz çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 81 milyon 606 min manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 649 min manat və ya 100,8 faiz çox olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.