İQTİSADİYYAT


SOCAR iyunda 10,8 min metrədək qazma işi həyata keçirib

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

İyunda SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10 min 787 metr qazma işi həyata keçirilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə görülmüş işlərin 9 min 839 metri istismara, 948 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, yanvar-iyun aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 53 min 280 metr qazma işi görülüb ki, bunun da 52 min 63 metri istismara, 1217 metri isə kəşfiyyata aiddir.

Bundan əlavə, iyunda qazmadan alınan 7, ilin əvvəlindən isə 26 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.