İQTİSADİYYAT


SOCAR iyunda dövlət büdcəsinə 99 milyon manatadək vəsait köçürüb

A+ A

Bakı, 14 iyul, AZƏRTAC 

SOCAR tərəfindən bu ilin iyun ayında dövlət büdcəsinə 98 milyon 961 min manat vəsait ödənilib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-iyun aylarında SOCAR büdcəyə 661 milyon 742 min manat vəsait köçürüb.

İyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 173 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 231 min manat və ya 101,9 faiz çox olub. Ümumiyyətlə, bu ilin yanvar-iyun aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 69 milyon 532 min manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.