İDMAN


“SOCAR-la Fransada keçiriləcək Avro-2016-nın finalına doğru” kampaniyası başa çatıb

A+ A

Bakı, 5 iyul, AZƏRTAC 

Rumıniyada fəaliyyət göstərən “SOCAR Petroleum SA” şirkətinin təşkil etdiyi “SOCAR-la Fransada keçiriləcək Avro-2016-nın finalına doğru” kampaniyası başa çatıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kampaniyanın son mərhələsi SOCAR-ın Buxarestdəki yanacaqdoldurma məntəqələrindən birində keçirilib. Tədbirdə “SOCAR Petroleum SA” şirkətinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər. Sonuncu mərhələnin qalibi Fransada keçirilən futbol üzrə Avropa çempionatının final oyununa 2 nəfərlik bilet qazanıb.

Qeyd edək ki, SOCAR-ın Rumıniyada fəaliyyət göstərən 34 yanacaqdoldurma məntəqəsində 60 litr həcmində yanacaq alan hər bir müştəri lotereya kuponu əldə edərək 15 mart-30 iyun tarixlərini əhatə edən kampaniyada iştirak etmək hüququ qazanıb. İndiyə qədər kampaniya çərçivəsində 25 müştəri çempionatın müxtəlif oyunlarına bilet udub. Sonuncu mərhələnin qalibinə biletlərin təqdimolunma mərasimi “SOCAR Petroleum SA”nın əsas ofisində və ya yanacaqdoldurma məntəqələrindən birində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.