İQTİSADİYYAT


SOCAR-la İranın neft-qaz şirkətləri arasında münasibətlər son vaxtlar intensivləşib

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

SOCAR-la İranın neft-qaz şirkətləri arasında münasibətlər son vaxtlar intensivləşib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 8-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə ilə keçirdiyi görüşdə deyib.

R.Abdullayev Azərbaycan və İran arasında əlaqələrin sürətlə və böyük uğurla inkişaf etdiyini, bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana rəsmi səfərindən sonra iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıldığını söyləyib. İran Prezidenti Həsən Ruhaninin Azərbaycana avqustun 7-də başlayan rəsmi səfərinin bu əlaqələrin daha da inkişafında yeni mərhələ olacağına əminliyini qeyd edən R.Abdullayev SOCAR-la İranın neft-qaz şirkətləri arasında münasibətlərin də son vaxtlar intensivləşdiyini vurğulayıb.

İranın neft naziri ölkəsinin qonşu dövlətlərlə və xüsusən Azərbaycanla əlaqələrinin genişlənməsinə mühüm önəm verdiyini, bu çərçivədə iqtisadi münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın genişləndirilməsi zərurətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

SOCAR-ın prezidenti ötən ilin noyabrında və bu ilin yanvarında İranda səfərdə olduğunu, eyni zamanda İran neft-qaz sektoru rəhbərlərinin də Azərbaycana səfərlər etdiklərini xatırladaraq bu səfərlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə, İran və Azərbaycan xalqlarının rifahina xidmət etdiyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.