İQTİSADİYYAT


SOCAR-la “Özbəkneftqaz” arasında yataqların birgə işlənməsinə dair Memorandum imzalanıb

Daşkənd, 17 may, АZƏRTAC

SOCAR-la “Özbəkneftqaz” arasında yataqların birgə işlənməsinə dair Memorandum imzalanıb.

Daşkənddə keçirilən “Özbəkistanda Neft və Qaz-OGU 2017” adlı XXI Beynəlxalq sərgi və konfransı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və Özbəkistan Baş nazirinin müavini Qulamcon İbrahimov arasında görüş keçirilib.

Görüşdə Azərbaycanla Özbəkistan arasında əlaqələrin genişləndirilməsi qeyd olunub, bildirilib ki, ölkələrimiz arasında bütün sahələrdə o cümlədən neft-qaz sahəsində əməkdaşlıq durmadan inkişaf edir.

Görüşdə SOCAR və “Özbəkneftqaz” arasında əməkdaşlığın daha da inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb, Azərbaycanda və Özbəkistanda yataqların birgə işlənməsi ilə bağlı da müzakirələr aparılıb.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Özbəkneftqaz”ın sədri Alişer Sultanov SOCAR-la “Özbəkneftqaz” arasında yataqların birgə işlənməsi ilə bağlı Memorandum imzalayıblar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.