İQTİSADİYYAT


SOCAR mayda 13 min 743 metr qazma işi görüb

Bakı, 6 iyun, AZƏRTAC

Cari ilin may ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 13 min 743 metr qazma işi həyata keçirilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə görülmüş işlərin 12 min 277 metri istismara, 1466 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-may aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 63 min 339 metr qazma işi görülüb ki, bunun da 57 min 896 metri istismara, 5 min 443 metri isə kəşfiyyata aiddir.

May ayında qazmadan alınmış 7, il ərzində isə 30 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.