İQTİSADİYYAT


SOCAR mayda 637 min tonadək neft hasil edib

Bakı, 16 iyun, AZƏRTAC

Cari ilin may ayında SOCAR üzrə xam neft hasilatı 636,9 min ton olub. Ötən ay ümumilikdə Azərbaycanda isə 3 milyon 291,9 min ton neft hasil edilib.

Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib. Cari ilin yanvar-may aylarında SOCAR üzrə xam neft hasilatı 3 milyon 96,1 min ton, Azərbaycanda isə ümumilikdə 15 milyon 934,2 min ton təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.