İQTİSADİYYAT


SOCAR mayda dövlət büdcəsinə 140 milyon manatadək vəsait ödəyib

Bakı, 9 iyun, AZƏRTAC

SOCAR tərəfindən bu ilin may ayında dövlət büdcəsinə 139 milyon 586 min manat vəsait ödənilib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2016-cı ilin may ayı ilə müqayisədə 21 milyon 780 min manat və ya 118,5 faiz çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-may aylarında büdcəyə 669 milyon 888 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 107 milyon 107 min manat və ya 119 faiz artıqdır.

Bundan əlavə, cari ilin may ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 945 min manat vəsait köçürülüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 694 min manat və ya 105,7 faiz çoxdur. Cari ilin yanvar-may aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 62 milyon 460 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 5 milyon 101 min manat və ya 108,9 faiz çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.