İQTİSADİYYAT


SOCAR oktyabrda 7 min 74 metr qazma işi həyata keçirib

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Bu ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7 min 74 metr qazma işi həyata keçirilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə görülmüş işlərin 6 min 469 metri istismara, 605 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93 min 657 metr qazma işi görülüb ki, bunun da 90 min 987 metri istismara, 2 min 670 metri isə kəşfiyyata aid olub.

Bundan əlavə, oktyabr ayı ərzində qazmadan alınan 6, ilin əvvəlindən isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.