İQTİSADİYYAT


SOCAR oktyabrda 84,1 min ton dizel yanacağı ixrac edib

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin oktyabr ayında 84 min 162 ton dizel yanacağı, 5 min 843 ton təyyarə yanacağı, 7 min 519 ton yüksəktəzyiqli polietilen, 6 min 191 ton maye piroliz qətranı və 3 min 541 ton propilen ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvar-oktyabr ayları ərzində 593 min 159 ton dizel yanacağı, 171 min 191 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 68 min 622 ton yüksəktəzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 51 min 386 ton maye piroliz qətranı, 34 min 152 ton propilen və 15 min 166 ton butilen butadien fraksiyası ixrac olunub.

Oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 511,55 ABŞ dolları, təyyarə yanacağının - 472,80 dollar, dizel yanacağının - 450,81 dollar, 1 faiz kükürdlü mazutun qiyməti 286,36 dollar, yüksəktəzyiqli polietilen 1185 dollar, butilen butadien fraksiyası 528,93 dollar, maye piroliz qətranının - 511,55 dollar, propilen 725 avro, mütləqləşdirilmiş izopropil spirti 915 avro təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.