İQTİSADİYYAT


SOCAR oktyabrda dövlət büdcəsinə 125 milyon 345 min manat ödəyib

Bakı, 16 noyabr, AZƏRTAC

SOCAR tərəfindən bu ilin oktyabr ayında dövlət büdcəsinə 125 milyon 345 min manat vəsait ödənilib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-oktyabr aylarında isə büdcəyə 1 milyard 150 milyon 172 min manat vəsait ödənilib.

Bu ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 207 min manat vəsait köçürüb. Həmin göstərici ötən ilin oktyabr ayı ilə müqayisədə 1 milyon 9 min manat və ya 109 faiz çox olub.

Cari ilin yanvar-oktyabr aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 119 milyon 370 min manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 milyon 949 min manat və ya 103,4 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.