İQTİSADİYYAT


SOCAR ötən il neft və neft–kimya məhsullarının ixracını artırıb

A+ A

Bakı, 6 avqust, Nihad Budaqov, AZƏRTAC

SOCAR 2015-ci ildə ümumilikdə 2 280 949,78 ton neft və neft–kimya məhsulları ixrac edib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “Davamlı inkişaf haqqında” hesabatında məlumat verilir. Bildirilir ki, ötən il SOCAR üzrə 236 532,30 ton reaktiv mühərriklər üçün TS–1 markalı yanacaq, 921 718,87 ton dizel yanacağı L–62, 723 690,60 ton vakuum qazoylu, 280,02 ton soba mazutu, 157 615,05 ton depressor AKI, 88 330,03 ton yüksək təzyiqli polietilen, 28 043,22 ton butilen–butadien fraksiyası, 43 455,05 ton propilen, 69 869,10 ton piroliz qətranı, 10 720,10 ton saf izopropil spirti və 695,46 ton saf diizopropil efir ixrac olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.