İQTİSADİYYAT


SOCAR ötən ili 4,5 milyard manat ümumi mənfəətlə başa vurub

Bakı, 12 avqust, AZƏRTAC

SOCAR ötən il 4,5 milyard manat ümumi mənfəət əldə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin 2016-cı il üzrə maliyyə hesabatında deyilir. 2016-cı il dekabrın 31-nə SOCAR-ın gəlirləri 51 milyard 905 milyon manat, satışların maya dəyəri isə 47 milyard 387 milyon manat olub. Beləliklə şirkət ötən ili 4 milyard 518 milyon manat ümumi mənfəətlə başa vurub.

Şirkətin əməliyyat fəaliyyətindən mənfəəti 1 milyard 896 milyon manat, mənfəət vergisindən əvvəlki mənfəəti (zərər) 936 milyon manat, il üzrə mənfəəti 350 milyon manat, il üzrə cəmi ümumi gəliri 2 milyard 134 milyon manat təşkil edib.

Keçən ilin sonuna şirkətin cəmi öhdəlikləri 35 milyard 303 milyon manat təşkil edib. Bunun 18 milyard 372 milyon manatı cari öhdəliklər, 16 milyard 931 milyon manatı isə uzunmüddətli öhdəliklər olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.