İQTİSADİYYAT


SOCAR sentyabrda dövlət büdcəsinə 119 milyon 443 min manat vəsait ödəyib

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

SOCAR bu ilin sentyabr ayında dövlət büdcəsinə 119 milyon 443 min manat vəsait ödəyib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında büdcəyə ümumilikdə 1 milyard 24 milyon 827 min manat vəsait ödənilib. Bundan əlavə, sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 816 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin sentyabr ayı ilə müqayisədə 1 milyon 28 min manat və ya 108,7 faiz çoxdur.

Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 107 milyon 163 min manat təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə artım 2 milyon 940 min manat və ya 102,8 faizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.