İQTİSADİYYAT


SOCAR üzrə ötən il 105 min metr qazma işi həyata keçirilib

Bakı, 6 yanvar, AZƏRTAC

2016-cı ilin dekabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 4 min 882 metr qazma işi həyata keçirilib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə görülmüş işlərin 4 min 839 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-dekabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 105 min 245 metr qazma işi görülüb ki, bunun da 102 min 532 metri istismara, 2 min 713 metri isə kəşfiyyata aid olub.

Bundan əlavə, ötən ilin dekabr ayında qazmadan alınan 7, il ərzində isə 64 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.