DÜNYA


“SONY” şirkəti “PlayStation 4” konsolu üçün virtual reallıq qarniturunu təqdim edib

A+ A

Tokio, 14 oktyabr, AZƏRTAC

Yaponiyanın tanınmış “SONY” şirkəti “PlayStation 4” oyun konsolu üçün virtual reallıq qarniturunu satışa çıxarıb. Şirkətin bu addımının kompyuter oyunları sahəsində üçölçülü texnologiyalar üzrə beynəlxalq rəqabəti gücləndirəcəyi gözlənilir.

Oktyabrın 13-də “PlayStation VR” Yaponiya, ABŞ və Çin daxil olmaqla, dünyanın 42 ölkəsində satışa buraxılıb. Bu qarniturun oyun konsollarına qoşulması nəzərdə tutulur.

İstehsalçı, eyni zamanda, virtual reallıq üçün 26 oyunu da satışa çıxarıb. Bu oyunların bəzilərində oyunçulara sualtı gəzinti, bir qismində isə personajlarla söhbət təklif olunur.

Yeni məhsulun satışa çıxarılması münasibətilə çoxsaylı oyun həvəskarları şirkətin Tokiodakı mağazasına toplaşıblar. Onların bir çoxu qiyməti təqribən 430 dollar olan yeni oyunu artıq sifariş ediblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.