DÜNYA
SON İKİ İLDƏ DÜNYADA ƏN GÜCLÜ ZƏLZƏLƏ
Son məlumata görə, iki nəfər ölmüş, 310-dan çox adam yaralanmışdır. Zərərçəkənlərin sayı artmaqdadır. Təbii fəlakət 40 mindən çox adamı evdən qaçmağa məcbur etmişdir. Tomakomai şəhərində neft anbarında yanğın baş vermişdir. Ombetsu şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxmış, 40-dək adam yaralanmışdır.
Xoşbəxtlikdən, Yaponiyanın şimal bölgələrindəki atom elektrik stansiyalarına ziyan dəyməmişdir.
Meteorologiya İdarəsi xəbərdarlıq edir ki, yaxın 10 gün ərzində eyni gücdə təkrar yeraltı təkanlar baş verə bilər.
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, sentyabrın 26-da gecə saat 11.35-də (Bakı vaxtı ilə 7.35-də) Yaponiyanın şimalındakı Hokkaydo adasında Rixter cədvəli ilə 8 bal gücündə zəlzələ baş vermişdir. Bu, son iki ildə dünyada ən güclü yeraltı təkanlardır. Zəlzələnin mərkəzi adanın yaxınlığında, Sakit okeanın 10 kilometr dərinliyində olmuşdur. Zəlzələnin gücü Hokkaydodan təxminən 1000 kilometr uzaqda yerləşən Tokioda da hiss edilmişdir.