CƏMİYYƏT


“SOS uşaq kəndi”ndə ilk tibbi yardım üzrə təlim təşkil edilib

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) arasında imzalanmış birgə tədbirlər planına uyğun olaraq əhalinin tibbi maarifləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir.

Fonddan AZƏRTAC-a bildiriblər ki, noyabrın 14-də “SOS uşaq kəndi”ndə İSİM-in həkim-mütəxəssisi Şəhla Mirzəzadə “Yol nəqliyyat hadisələri zamanı ilk tibbi yardım” mövzusunda təlim keçib.

Təlimdə ilk tibbi yardımın əsas məqsədi, yardım zamanı atılan addımlar, sağlam həyat tərzinin qorunması yolları barədə uşaqlara ətraflı məlumat verilib. İnteraktiv şəkildə keçirilən təlim zamanı uşaqların çoxsaylı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.