SİYASƏT
SOYDAŞIMIZ GÜRCÜSTANIN “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLMİŞDİR
Ağtəhlə kəndindəki “Duzlu” firmasının prezidenti Hüseyn bayramov Gürcüstan Prezidenti Eduard Şevardnadzenin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Hüseyn Bayramov təkcə Qardabani rayonundakı Ağtəhlə kəndində deyl Gürcüstanın bir çox bölgələrində istedadlı və bacarıqlı təsərrüfatçı kimi tanınır. Sovet İttifaqının süqutundan sonra məhz Hüseyn Əhməd oğlunun səyləri sayəsində yerli təsərrüfat qorunub saxlandı, Gürcüstanda torpaq islahatının həyata keçirilməsinə başlandıqda Ağtəhlə maldarlıq və tərəvəzçilik təsərrüfatı özəlləşdirildi.
İndi həmin təsərrüfat səmərəli fəaliyyət göstərir, hər il yeni-yeni nailiyyət qazanır.
Şahismayıl MƏMMƏDOV
AZƏRTAC-ın xüsusi müxbiri
Qardabani