İQTİSADİYYAT
SOYDAŞLARIMIZ KANADA PARLAMENTİ QARŞISINDA ERMƏNİ TERRORUNU İFŞA EDƏN MİTİNQ KEÇİRMİŞLƏR
Ermənistan səfirliyi qarşısından başlayan tədbirdə “Erməni terroruna son qoyulsun”, “Ermeni terrorçuları Qarabağdan əllərini çəksinlər”, “Qarabağda erməni vəhşiliklərinə son goyulsun” və s. şüarlar səsləndirilmişdir. Yaxınlıqdan keçənlərə və tədbirə maraq göstərənlərə 31 Mart və Xocalı soyqırımları ilə bağlı hazırlanmış açıqcalar paylanmışdır.
Kanada Azərbaycanlıları Təşkilatları Federasiyası və Kanada Azərbaycan Alyansının müraciətinin səfirliyə təqdim edilməsi ilə tədbirin birinci mərhələsi başa çatmışdır.
YUNESKO-nun nümayəndəliyinə gedən yolda davam etdirilən yürüşdə yuxarıda qeyd olunan şüarlar minlərlə insanın diqqətini çəkmiş, insanlara açıqcalar paylanmışdır. Müvafiq müraciət YUNESKO-nun nümayəndəliyinə təqdim olunduqdan sonra Kanada parlamenti önündə mitinq keçirilmiş, erməni soyqırımını ifşa edən şüarlar səsləndirilmişdir.