SİYASƏT
SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ YIĞINCAQ
Martın 30-da Ü.Hacıbəyovun Ev Muzeyində 31 mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş yığıncaq keçirilmişdir.
Muzeyin direktoru Səadət Qarabağlı yığıncagı açaraq, erməni bolşeviklərinin və daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımından, dahi Yzeyir bəyin bu qanlı hadisələrdən bəhs edən və Sovet dövründə açıqlanması qadağan olunmuş məqalələrindən danışdı.
Muzeyin elmi işçisi Könül Quliyeva Ü. Hacıbəyovun 1919-cu ildə “Azərbaycan” qəzetində dərc edilmiş “31 mart “ adlı məqaləsini yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.
Sonra azərbaycanlıların soyqırımının təbliğində muzeylərin rolundan söhbət açdılar.
Axırda “Üzeyir Hacıbəyov” adlı sənədli film nümayiş etdirildi.