İQTİSADİYYAT
SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILDI
Sonra izdiham soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə toplaşdı.
Soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla anıldı, abidə önünə əklil qoyuldu.
Rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayev erməni daşnakların iki əsrə yaxın müddətdə etnik təmizləmə zəminində azərbaycanlılara qarşı həyata keçirdikləri qətliamların ayrı-ayrı mərhələlərini yada saldı, ulu torpaqlarından zorla qovulan soydaşlarımızın faciələrini xatırlatdı, Xocalı genosidi üzərində xüsusi dayandı.
Natiq daha sonra sözünə davam edərək bildirdi ki, sovet imperiyası uzun müddət ciddi-cəhdlə himayədarlıq göstərərək ermənilərin millətimizə qarşı törətmiş olduğu qanlı qırğınları ört-basdır etmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmağa başlanmışdır.
Mərasimdə çıxış edən digər iştirakçılar da ermənilərin xalqımıza qarşı törətdikləri qanlı qırğınlar barədə qəzəblə danışdılar, tökülən qanların unudulmayacağını dönə-dönə vurğuladılar.