İQTİSADİYYAT
SPESİFİK RÜSUMLAR ADVALOR RÜSUMLARLA ƏVƏZ EDİLİR
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2003-cü ildə spesifik rüsumların advalor rüsumlarla əvəz olunmasının birinci və ikinci mərhələləri başa çatdırılmışdır. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarları ilə 6 mal qrupu üzrə tətbiq olunan spesifik rüsumlar 15 faiz dərəcə ilə advalor rüsumlarla əvəz olunmuşdur.
Üçüncü mərhələ üzrə bu il oktyabrın 1-dək dörd mal qrupu üzrə tətbiq olunan spesifik rüsumların advalor rüsumlarla əvəz olunması üçün qərar layihəsi hökumətə təqdim olunmuşdur. Sonuncu – dördüncü mərhələ üzrə tədbirlər isə gələn ilin aprelinədək başa çatdırılacaqdır.