İQTİSADİYYAT
STP şirkəti “Bakutel-2014” sərgisində sertifikatlı məhsullar nümayiş etdirir
Bakı, 4 dekabr, AZƏRTAC
Regionun yüksək texnologiyalı müəssisələrindən olan Sumqayıt Texnologiyalar Parkı (STP) “Bakutel-2014” sərgisində mühəndis kommunikasiyalarının inteqrasiyası üzrə məhsullarını nümayiş etdirir.
STP şirkətinin mühəndis kommunikasiyalarının inteqrasiyası idarəsinin baş mühəndisi Elvin Aslanov AZƏRTAC-a müsahibəsində
deyib ki, sərgidə əsasən təhlükəsizliyin təminatı üzrə avadanlıqlar, müşahidə kameraları, yanğından mühafizə üzrə siqnalizasiya və girişə nəzarət sistemləri, monitorlar nümayiş olunur. Ölkədə analoqu olmayan müəssisədə istehsal edilən borular Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS sertifikatına layiq görülüb.
E.Aslanov qeyd edib ki, “Bakutel” sərgisi ildən-ilə daha yüksək səviyyədə və daha geniş miqyasda təşkil olunur. Ziyarətçilərin sayı daim artır və bu populyarlığın fonunda STP-nin stendini daha çox iştirakçı izləyir.